Logo

Peşə təhsilində işəgötürənlərin rolu ilə bağlı müzakirələr aparılıb

06.04.2023 23:26 436 baxış
IMG

Alman-Azərbaycan Xarici Ticarət Palatasının “İnsan resursları və peşə təhsili və təlimi” işçi qrupu çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri ilə Palatanın üzv şirkətləri arasında görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov "Peşə təhsilində dövlət-özəl əməkdaşlığı: imkanlar və çağırışlar" mövzusunda təqdimatla çıxış edib. O qeyd edib ki, peşə təhsili sisteminin inkişafında işəgötürənlərlə səmərəli əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ceyhun Kərəmov, həmçinin son illərdə dövlət investisiyası hesabına həyata keçirilən infrastruktur layihələri haqqında da işəgötürənlərə məlumat verib. Diqqətə çatdırılıb ki, cari tədris ilində 800-ə yaxın tələbə dual peşə təhsili modeli əsasında təhsil alır. Bu prosesə ümumilikdə 70-dən çox işəgötürən cəlb edilib.

Görüş zamanı, həmçinin peşə təhsilində işəgötürənlərin roluna dair müzakirələr aparılıb, özəl sektor nümayəndələrinin təklif və rəyləri dinlənilib. Bu prosesdə peşə təhsil müəssisələri ilə özəl sektor arasında yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasının əhəmiyyəti qeyd edilib.

Xəbər lenti