Logo

Seysmoloji xidmət mərkəzinin əməkdaşları vebinarda iştirak ediblər

07.04.2023 09:18 250 baxış
IMG

ABŞ-nin “Kinemetrics” şirkəti tərəfindən tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib. VebinardaAMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büro rəisinin müavini Ruqiyyə Kərimova iştirak ediblər.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, vebinarda “Kinemetrics” şirkətinin vitse-prezidenti, Açıq Sistemlər və Xidmətlər şöbəsinin rəhbəri Mathias Franke “Məlumatların toplanması” mövzusunda məruzə ilə çıxış edib. Mathias Franke məruzəsində “real vaxt” rejimində dünya seysmik sistemlərində məlumatların yüksək dəqiqliklə necə toplanmasını təsvir edib.

Məruzədə həmçinin böyük missiya-kritik sistemlərdə məlumat toplanmasının sübut edilmiş təcrübəsinə əsaslanan xüsusi texnologiyanın praktiki tətbiqinə xüsusi yer verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, ABŞ-nin “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.

Xəbər lenti