Logo

Şagirdlərin muzeyə və qalereyaya ekskursiyası olub - FOTO

07.04.2023 12:05 320 baxış
IMG

Aprelin 6-da Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix -Diyarşünaslıq Muzeyinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə şəhid İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri muzeyə və qalereyaya ekskursiya ediblər.

Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı muzeyin və qalereyanın əməkdaşları şagirdləri regionun təbiəti, tarixi keçmişi, adət-ənənələri, tanınmış şəxsiyyətləri, qəhrəmanları, Zəfər tarixi və rəngarəng tablolarda əks olunan rəsm əsərləri ilə tanış edərək, onlara  geniş məlumat veriblər.

Xəbər lenti