Logo

Gədəbəydə müəllim və həyat yoldaşı faciəvi şəkildə ölüb

08.04.2023 09:57 1547 baxış
IMG

Gədəbəyin Moruqlu kəndində fərdi yaşayış evlərinin birində dəm qazından boğulma hadisəsi baş verib.

"Tehsil.biz"in məlumatına görə, ər və arvad dəm qazından boğularaq ölüb.

Belə ki, 64 yaşlı Oktay Əliyev və həyat yoldaşı 61 yaşlı Məryəm Məmmədovanın yaşadıqları evdə meyiti tapılıb.

Məlumata görə, hər iki şəxs Moruqlu kənd orta məktəbinin işçiləri olub. M.Məmmədovanın müəllim, O.Əliyevin isə texniki işçi kimi çalışdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti