Logo

Əməkdar müəllimin övladı buraxılış imtahanında yüksək nəticə əldə edib

08.04.2023 13:11 429 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün martın 5-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Tehsil.biz xəbər verir ki, Neftçala şəhər Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Elton Səfərli buraxılış imtahanında 271 bal toplayıb.

Qeyd edək ki, Elton Səfərli Azərbaycanın fizika fənni üzrə onlara respublika və dünya olimpiadasının qalibini hazırlamış, əməkdar müəllim Seyran Səfərovun övladıdır.

Xatırladaq ki, martın 5-də keçirilən imtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib.

Xəbər lenti