Logo

Naxçıvanın Təhsil Nazirliyində kollegiya iclası keçirilib - FOTO

08.04.2023 14:08 227 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, iclasda ümumtəhsil məktəblərində məktəb sənədlərinin işlənməsi, proqram materiallarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin təşkili, fizika, kimya və biologiya fənlərinin tədrisi, kargüzarlıq işinin təşkili və buraxılış imtahanlarına hazırlığın vəziyyəti ilə bağlı seçmə yolla aparılan monitorinqin nəticələri müzakirə edilib.

Yekunda müzakirə olunan məsələlərlə bağlı qərar layihəsi oxunub və müvafiq qərarlar qəbul olunub.

Kollegiya iclasında muxtar respublikanın təhsil müəssisələrinin direktorları iştirak edib.

Xəbər lenti