Logo

VII qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu ilə bağlı yekun STATİSTİKA

08.04.2023 20:54 382 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu ilə bağlı yekun statistika açıqlanıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, ümumilikdə 1407 qrant layihəsi daxil olub. Bu göstərici ötən illə müqayisədə 28 faiz daha çoxdur.

Müsabiqədə “Təhsilalanların yaradıcılıq, həyati, sosial bacarıq və dəyərlərinin inkişaf etdirilməsi" nominasiyası üzrə 571 (41 faiz) layihə qəbul olunub. Adıçəkilən kateqoriya ən çox müraciət olunan nominasiya kimi qeydə alınıb.

Qrant müsabiqəsində rayon və şəhərlərin təmsil olunma səviyyəsi 97 faizdir. Ən çox layihə təklifi ilə Bakı (24,8 faiz), Sumqayıt (4,7 faiz), Gəncə (3,8 faiz), İsmayıllı (3,5 faiz) və Lənkəran (3 faiz) ilk beşlikdə yer alıb. Ən az layihə təklifi Siyəzən (0,1 faiz), Qusar (0,1 faiz), Tərtər (0,28 faiz), Qubadlı (0,21 faiz), Xaçmaz (0,28 faiz) və Xocalı (0,21 faiz) üzrə olub.

Müsabiqədə 629 nəfər (45 faiz) təkrar, 778 nəfər (55 faiz) ilk dəfə iştirak edib.

Qeyd edək ki, VII qrant müsabiqəsinə layihələrin qəbulu martın 31-də başa çatıb.

Xəbər lenti