Logo

"Heydər Əliyev ili" ilə əlaqədar "Azərɓaycan xalqının xilaskarı" mövzusunda tədbir keçirilib

09.04.2023 20:32 236 baxış
IMG

Aprelin 7-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" ilə əlaqədar "Azərɓaycan xalqının xilaskarı" mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Bozayran kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tədbir iştirakçılarına Azərbaycan xalqı üçün xilaskarlıq missiyasını uğurla həyata keçirən Ulu Öndərin gələcək nəsillər üçün qoyduğu irsdən söhbət açıb. Z.Məmmədzadə həmçinin Yardımlı rayon Heydər Əliyev Mərkəzinin "Heydər Əliyev ili" çərçivəsində həyata keçirdiyi layihələrdən bəhs edib.

Sonra tədbir iştirakçıları mərkəzdəki eksponatlar və sərgilərlə tanış olub.

Yekunda şagirdlərin sualları cavablandırılıb və xatirə fotoları çəkilib.

Xəbər lenti