Logo

Şəki məktəbliləri arasında inşa-yazı müsabiqəsi keçirilib - FOTO

10.04.2023 09:52 300 baxış
IMG

Şəki rayon ümümtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Ürəklərdə yaşayan lider" mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.

Müsabiqədə rayon ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri iştirak edibıər. Onlar müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi fəaliyyəti və həyat qayəsinə sadiqliyini öz yazılarında əks etdirməyə çalışıblar.

İnşa-yazının təşkilində əsas məqsəd H. Əliyev irsinin gənc nəslə ötürülməsi, Azərbaycanın önəmli bir tarixi dönəminə dəyərli töfhələr vermiş dahi şəxsiyyətin həyat və siyasi yoluna işıq salınması, həmçinin məktəblilərin araşdırma aparma, fikrini ifadə etmə bacarıqlarının inkişaf etdirilməsi olub.

Şəki rayonu üzrə təhsil sektorunun və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin qaliblərinə diplomu və hədiyyələri təqdim olunub.

Xəbər lenti