Logo

Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı

10.04.2023 10:07 318 baxış
IMG

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". mummilli Lider Heydər Əliyev)

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev başçılıq edir. Qürurvericidir ki,  Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 

Azərbaycan Prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”  Prezident İlham Əliyev bu fikirləri 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı səsləndirmişdi.

Budur, artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Qalib Prezident, xalqımız isə Qalib xalq kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev dövlət rəhbəri kimi çoxcəhətli xidmətləri ilə yanaşı, liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində təsdiqi ilə də diqqəti çəkir.

Bu gün müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və daha uğurlu görünür.

"Mən hər bir azərbaycanlının Prezidentiyəm"- söyləyən ölkə başçısı daim Azərbaycan xalqının yanındadır. 

İftixar hissilə qeyd edək ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk  gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Son  illərdə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb.

Bəli, Xalqının mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezidentin seçilməsi 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.
Bu gün İşğaldan azad edilmiş hər bir kəndimizdə, qəsəbəmizdə, şəhərimizdə Azərbaycan bayrağının dalğalandığını görmək bizim üçün böyük fəxarətdir.

Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qəbəyə aparacaqdır.

Bir vətəndaş kimi dövlətimizlə, Prezidentimizlə və xalqımızla haqlı olaraq fəxr edirik.
Ölkəmizin zəfər simvolu, müzəffər Sərkərdəsi, Prezidenti İlham Əliyevə xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə əzm və iradə arzulayırıq. Yaşasın qüdrətli Azərbaycan və onun qüdrətli Prezidenti!

Ülviyyə Zeynalova
Dağlıq Şirvan Regional Təhsil İdarəsi 
İsmayıllı rayon Təhsil Sektorunun metodisti

Xəbər lenti