Logo

Nazir Qusarda vətəndaşları qəbul edəcək

10.04.2023 10:41 206 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev 28 aprel 2023-cü il tarixində Qusar rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 19 aprel 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

Xəbər lenti