Logo

MEDİA-nın şöbə müdiri BDU tələbələrinə ustad dərsi keçib - FOTO

10.04.2023 11:10 355 baxış
IMG

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, əməkdar jurnalist Natiq Məmmədlinin Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, Natiq Məmmədli II kurs tələbələrinə “İnternet medianın hüquqi tənzimlənməsi” mövzusunda ustad dərsi keçib.

O, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda internet medianın hazırkı vəziyyəti, statusu, informasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələlərindən danışıb.

Natiq Məmmədli bildirib ki, onlayn platformalarda hüquqi tənzimlənmə vacibdir. İnternetin verdiyi azadlıq digər azadlıqları məhdudlaşdırmadığından onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmə mexanizmi işlənməlidir.

Dərs tələbələrin mövzu ilə əlaqədar suallarının cavablandırılması ilə başa çatıb.

Xəbər lenti