Logo

Bakıda məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş olub - FOTO

10.04.2023 12:33 441 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə "Tehsilı.biz"ə idarədən məlumat verilib.

Bildirilib ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin əməkdaşı Altun Rəcəbli, İdarənin müvafiq struktur bölmə rəhbərləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görüş məktəbəqədər təhsil müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi və BŞTİ-nin yeni strukturunun təqdim olunmasına həsr olunub.

M.Vəliyeva BŞTİ-də optimallaşdırma istiqamətində görülən tədbirlər çərçivəsində struktur dəyişikliyi aparıldığını, dəyişikliyin əsas məqsədinin İdarənin fəaliyyətində səmərəliliyin artırılması və idarəetmədə müasir yanaşmaların tətbiqinin təmin edilməsindən ibarət olduğunu xatırladıb.

İdarə müdiri M.Vəliyeva çıxışı zamanı məktəbəqədər təhsildə keyfiyyətin yaxşılaşdırılması, məktəbəqədər təhsil müəssisələri heyətinin peşəkarlığının artırılması  və idarəetmədə olan yeniliklərə dair ətraflı məlumat verib.

İdarə müdiri məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi zamanı mövcud təlimatlara, tədris proqramlarının tələblərinə əməl olunması vəziyyəti, uşaqların davamiyyəti, bağçalar üzrə normativ hüquqi sənədlərin işlənməsi və qarşıda duran hədəflər barədə müvafiq tapşırıqlar verib.

M.Vəliyeva məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə təlim-tərbiyə prosesində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Məmmədov insan resursları, məktəbəqədər təhsil müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi mövzularında fikirlərini bildirib.

Görüşdə Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının mövcud vəziyyəti, təmiri, təhlükəsizlik, istilik və digər məsələlərlə bağlı tövsiyələrini səsləndiriblər.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov informasiya mübadiləsinin səmərəliliyinin artırılması, sosial şəbəkələrlə iş, məktəbəqədər təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər məsələlərlə bağlı qarşıda duran vəzifələr, Maliyyə-mühasibatlıq sektorunun müdiri Elmira Mehdiyeva isə maliyyə tənzimlənməsi barədə danışıb.

Xəbər lenti