Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində gənclər təşkilatları üçün üçüncü təlim baş tutub.
Bu barədə "Tehsil.biz"ə MEDİA-dan bildirilib.
“Media Təhlil Mərkəzi” İctimai Birliyinin baş mütəxəssisi Yunis Orucovun iştirakı ilə keçirilən təlim zamanı gənclər təşkilatlarının PR menecerləri ilə birlikdə ənənəvi və müasir media siyasəti, müasir trendlər, medianın inkişaf prespektivləri kimi mövzular ətrafında müzakirələr aparılıb, onların sualları cavablandırılıb.