Logo

Azərbaycanda daha 7 nəfər COVID-19-a yoluxub

10.04.2023 15:22 330 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 670 nəfər müalicə olunaraq sağalıb, 10 197 nəfər vəfat edib, aktiv xəstə sayı 500 nəfərdir.

Ölkədə son sutka ərzində 612, hazırkı dövrədək isə 7 569 059 test aparılıb.

Xəbər lenti