Logo

Hazırlıq kursunun məktəbdə imtahan keçirməsi ilə bağlı araşdırma aparılacaq - RƏSMİ+FOTO

10.04.2023 15:55 1518 baxış
IMG

Sosial şəbəkədə Ağcabədi rayon Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbdə "Hindarx Tədris Mərkəzi"nə müəllimlərin işə qəbulu imtahanının keçirilməsi ilə bağlı elan paylaşılıb.

Tehsil.biz xəbər verir ki, elanda "Hindarx" adlı tədris mərkəzinə müəllimlərin işə qəbul edilməsi ilə əlaqədar çağırış edilib.

Orta məktəbin hazırlıq kursuna işə qəbul imtahanı üçün məkan seçilməsi sosial şəbəkədə narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, sözügedən halla əlaqədar araşdırma aparılacaq, ətraflı məlumat veriləcək.

Mərcanə Əsədova

Xəbər lenti