Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 4967 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 748 nəfərin müraciəti natamam olub, 413 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 175 nəfərin müraciətinə imtina cavabı verilib, 249 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 3382 nəfərə TTK verilib. Onların arasından 1174 nəfərin müraciəti sosial TTK, 2208 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.