Logo

UTECA-nın 5 tələbəsinə Avropada təhsil üçün qrant ayrılıb

10.04.2023 22:46 328 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (UTECA) Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Ekologiya və Menecment Universiteti, İspaniyanın Jaen və Granada universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, əməkdaşlıq çərçivəsində UTECA-nın 5 tələbəsinə Almaniya, Polşa və İspaniyada bir  semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.

Proqrama universitetin iqtisadiyyat və idarəetmə, avtomatika, telekommunikasiya və informatika, yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin I və II kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.

Xəbər lenti