Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi və “WhatsApp” xidməti baş vermiş texniki nasazlıqla əlaqədar hazırda müvəqqəti olaraq fəaliyyət göstərmir.
Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Çağrı Mərkəzi və “WhatsApp” xidmətinin fəaliyyəti ən qısa zamanda bərpa olunacaq.
Qurumdan həmçinin qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin digər vətəndaş xidmətləri hazırda aktivdir və fəaliyyətini davam etdirir.