Logo

Dövlət qulluğu imtahanı vermək istəyən 1672 nəfər qeydiyyatdan keçib

11.04.2023 11:59 392 baxış
IMG

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 30-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, imtahana qeydiyyat aprelin 20-si saat 10:00-dək aparılacaq. Bu gün saat 11:05-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1672 (BA-415, BB-1254) nəfər qeydiyyatdan keçib.

İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti