"Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir".
Tehsil.biz xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Heydər Əliyev Mərkəzində keçirilən Teatr Forumunda deyib.
O bildirib ki, teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq.
“Bu gün digər bir önəmli məlumatı sizinlə bölüşmək istəyirəm. Bu gündən etibarən Mədəniyyət Nazirliyinin tərkibində mədəniyyət könüllüləri fəaliyyətə başlayıb”, - deyə A.Kərimli qeyd edib.