Logo

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

11.04.2023 19:35 594 baxış
IMG

Aprelin 14-də Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, məqsəd ziyarətçilərin peşə seçiminə dəstək və mərkəzlə tanışlıqdır.

Tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər, əyləncəli oyunlar təşkil ediləcək.

“Açıq qapı” günü saat 10:00-dan 16:00-dək keçiriləcək.

Ünvan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 4.

Xəbər lenti