Ermənistan ordusunun dünən Laçın istiqamətində törətdiyi təxribat zamanı şəhid olan Vidadi Nizami oğlu Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu imiş.
Tehsil.biz xəbər verir ki, bu barədə UNEC-in yaydığı məlumatda qeyd olunub.
Vidadi Zalov 17 iyul 1985-ci ildə Saray qəsəbəsində anadan olub və Saray qəsəbəsi 2 saylı məktəbi bitirib. O, 2003-2007-ci illərdə UNEC-də “Maliyyə” ixtisası üzrə təhsil alıb.
Ailəli idi, iki övladı yadigar qaldı.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!