Logo

Tarix Muzeyində Qafqaz Albaniyası ilə bağlı kolleksiyalar barədə sənədli filmin çəkilişi aparılıb - FOTO

13.04.2023 09:37 476 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində Rusiyanın «Россия-Культура» (“Rusiya-Mədəniyyət”) kanalının sifarişi ilə yeni layihə çərçivəsində sənədli film çəkilişləri aparılıb.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Çəkiliş muzeyin Arxeologiya fondunda qorunan Qafqaz Albaniyası ilə bağlı kolleksiyaların mövzusuna həsr olunub. Çəkiliş zamanı Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov əsasən alban döyüşçüsünün silah-sursat toplusu, Mingəçevir arxeoloji kompleksindən xristianlığa aid tapıntılar (VI əsrə aid məbədin daş paytaxtı, şamdan və alban yazıları olan qablar, xaçlar) və digər artefaktlarla bağlı müsahibə verib.

Çəkiliş bitdikdən sonra sözügedən sənədli filmin müəllifi və rejissoru Yevgeni Bezborodov muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.

Sonda qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyini ziyarət ediblər.

Xəbər lenti