Aprelin 12-də bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransına (MINEPS VII) hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, ötən ay Parisdə UNESCO-nun qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu qeyd edən Fərid Qayıbov bildirib ki, hazırlıq işləri ilə bağlı komitə nəzdində işçi qrup fəaliyyət göstərir.
İclasda MINEPS VII konfransına hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb. Bildirilib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində təmsil olunacaq MlNEPS VII konfransı UNESCO-nun idman sahəsi ilə bağlı beynəlxalq tədbiridir.
Qeyd edək ki, bədən tərbiyəsi və idman üzrə nazir, həmçinin yüksək vəzifəli şəxslərin VII beynəlxalq konfransı 26-29 iyun tarixlərində Bakıda keçiriləcək.