Logo

Azərbaycanda daha 88 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

13.04.2023 22:18 366 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.

Ölkədə son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 test aparılıb.

Xəbər lenti