Logo

Azərbaycanlı şagird hər il 82300 dollar təqaüd alacaq

13.04.2023 23:54 2284 baxış
IMG

Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alan Dəniz Səttarlıya MİT hər il 82300 dollar verəcək.

Tehsil.biz xəbər verir ki, bu barədə onun müəllimi Rüfət Hüseynzadə məlumat paylaşıb.

"Dünyanın ən yaxşı universitetindən gələn qəbul xəbərindən sonra indi də təqaüd xəbəri gəldi. MİT Dənizə hər il 82300 dollar təqaüd verəcək. Belə top universitetləri hər il ölkə gənclərinə və ailələrinə təkrar-təkrar əlçatan etmək çox böyük xoşbəxtlikdir", - deyə R.Hüseynzadə bildirib.

Xəbər lenti