5 mart saat 20:00-da "İnsanın psixoloji sağlamlığında ünsiyyətin əhəmiyyəti" mövzusunda vebinar keçiriləcək.
Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədova və Türkiyənin Üsküdar Universitetinin professoru Sırrı Akbaba ilə mövzu ətrafında müzakirələr aparılacaq.
Görüşün keçirilməsində əsas məqsəd insanlar arasında münasibətlərin yaranması və inkişafı prosesində mühüm rol oynayan ünsiyyətin insan psixologiyasındakı rolundan bəhs etmək, uşaq və yeniyetmələr ilə davranış baxımından valideynlərə düzgün istiqamət verməkdən ibarətdir.
Vebinar BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq. Vebinarda müəlllim, valideyn və şagirdləri maraqlandıran suallara da aydınlıq gətiriləcək.