Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 aprel tarixlərində Azərbaycan Respublikasının Auidiovizual Şurasının rəhbər vəzifəli şəxsləri üçün “Liderlik və idarəetmənin əsasları“ mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.
Təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.