Logo

2 nömrəli Bakı Baza Tibb Kollecində Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

14.04.2023 21:38 484 baxış
IMG

Aprelin 14-də Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, Səhiyyə Nazirliyi İnsan Resursları şöbəsinin müdiri Səidə Rüstəmova, 1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva, 2 nömrəli Bakı Baza Tibb kollecin müəllim və tələbə heyəti, akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşları və digərləri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli oluduğunu vurğulayaraq bildirdi ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.

Xəbər lenti