Logo

ADAU tələbələri Zaqatalada təlimdə iştirak edib - FOTO

15.04.2023 10:56 452 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azərtütün” ASC arasında bağlanan memoranduma əsasən şirkətin mütəxəssisləri tərəfindən ADAU tələbələri üçün tütün yetişdirilməsi ilə bağlı təlimlərə start verilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Qeyd olunub ki, ilk təlim Zaqatala şəhərində keçirilib.

Universitetin Aqronomluq və Mühəndislik fakültələrində oxuyan bir qrup tələbənin və tütünçülük fənnini tədris edən Gülnarə Abbasova və Bitkiçilik kafedrasının assistenti Arzu Babazadə təlimdə iştirak ediblər.

Həmçinin, ötən il ADAU-nun Tədris-təcrübə təsərrüfatının sahəsində tütün yetişdirilməsində fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti