Qobustan Milli Tarix-Bədii Qoruğu 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar "Qobustan qayaüstü təsvirləri incəsənətdə" adlı sərgi keçirəcək.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sərgidə yaradıcılığında Qobustan qayaüstü təsvirlərinin motivlərinə müraciət etmiş ölkəmizin tanınmış və gənc sənətkarlarının rəngkarlıq, heykəltaraşlıq, keramika, qrafika, batika, xalça və dizayn sahələri üzrə əl işləri nümayiş olunacaq.
Sərgi 18 aprel 2023-cü il tarixində saat 17:00-da Muzey Mərkəzinin Sərgi qalereyasında baş tutacaq.