Logo

Bugünkü imtahanda 21 fiziki məhdudiyyətli şagird iştirak edib

16.04.2023 15:58 305 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən buraxılış imtahanlarında 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird iştirak edib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Xəbər lenti