Logo

Fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib

16.04.2023 18:12 330 baxış
IMG

Aprelin 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində fiziki məhdudiyyətli şəxslər üçün maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, fiziki məhdudiyyətli insanların cəmiyyət həyatında iştirakının mental və mənəvi stimullaşdırılması ictimai öhdəliklərdəndir. D. İbayeva həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunmasında, onların hərtərəfli inkişafı üçün həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb.

Tədbirdə iştirak edən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin cənub regionu üzrə nümayəndəsi Əfrail Fərziyev, Əlil Qadınlar Cəmiyyəti Masallı rayon şöbəsinin sədri Əminə Abıyeva fiziki məhdudiyyətli şəxslər və fiziki məhdudiyyətli uşaqların valideynləri üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürüblər.

Tədbir çay süfrəsi ətrafında davam edib.

Xəbər lenti