Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 830 846 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 153 nəfər müalicə olunaraq sağalıb, 10 213 nəfər vəfat edib, aktiv xəstə sayı 480 nəfərdir.
Ölkədə son sutka ərzində 838, hazırkı dövrədək isə 7 576 355 test aparılıb.