Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası keçirilib.
Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilmiş aksiyada Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, həmçinin müxtəlif peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti tərəfindən 100 ağac əkilib.
Aksiya Ulu Öndərin cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyıb.