Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "Vaxtın düzgün idarəolunması" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.
Bu barədə "Tehsil.biz"ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, vebinarda vaxtın düzgün idarəolunma qaydaları, vaxt itkisinin səbəbləri və prokrastinasiya haqqında danışılacaq.
Vebinar 20 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
Qeydiyyat linki: https://e-psixoloq.az/#banner