Logo

Aqrar Universitet rəqəmsal idarəetmə sisteminə keçid edir

17.04.2023 10:32 403 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə TİM Consulting MMC arasında birgə əməkdaşlığa başlanıb.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Əməkdaşlıq çərçivəsində Aqrar Universitetində bütün proseslər tam şəkildə avtomatlaşdırılaraq rəqəmsal platformaya keçid alacaq. Burada qəbul prosesindən tədrisə hazırlığa, tədrisin aparılmasından imtahanlara, mühasibatlıqdan sənəd dövriyyəsinə, kitabxanadan portallara qədər ən müxtəlif modullar vahid platformada cəmləşəcək.

Birgə əməkdaşlıq haqqında müqavilə Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanovla TİM Consulting MMC-nin rəhbəri Teymur Hacıyev arasında imzalanıb.

Rəqəmsal idarəetmə sisteminə keçid tam formada növbəti tədris ilinin başlanğıcınadək yekunlaşacaq.

Xəbər lenti