Logo

AzTU basketbol komandasının növbəti qalibiyyəti - VİDEO

17.04.2023 23:28 293 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının sonuncu - 21-ci turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.

Bildirilib ki, maraqlı mübarizə şəraitində davam edən oyun 73:22 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib.

Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Xəbər lenti