Logo

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir

18.04.2023 10:59 339 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Sənəd qəbulu 20 aprel 2023-cü il saat 23:59-dək davam edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə  və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Xəbər lenti