Logo

Naxçıvanda “Elmdə qadınlar” konfransı keçirilir

18.04.2023 12:31 373 baxış
IMG

Aprelin 18-də Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

“Elmdə qadınlar” konfransında Azərbaycan Respublikası Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.

Xəbər lenti