Logo

Dərzi peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edilib

19.04.2023 16:41 251 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi dərzi peşə ixtisasının tanınması üzrə sənəd qəbulu elan edib.

Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, həmin ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dərzilərin səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.

Qeydiyyat üçün son tarix mayın 20-dir.

Xəbər lenti