Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilati və metodoloji dəstəyi ilə keçirilən Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbinin "Məktəb Mentorları" layihəsinin bağlanış mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə AGMA-dan bildirilib.
Qeyd olunub ki, layihənin məqsədi məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı onlayn akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir.