Logo

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ləğv edilib

06.03.2021 11:53 645 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəyyən struktur təkmilləşdirilmələri aparılıb.

 

Tehsil.biz xəbər verir ki, bu barədə universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev məlumat verib.

 

O qeyd edib ki, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ləğv edilərək Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinə birləşdirilib və yeni yaradılan şöbə Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi adlandırılıb.

 

Yeni təşkil edilən Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni struktur və əsasnaməsi də təsdiqlənib.

Xəbər lenti