Logo

Azərbaycanda Ramazan bayramıdır

21.04.2023 00:13 438 baxış
IMG

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır.

Tehsil.biz xəbər verir ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Xəbər lenti