Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 065 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 480 nəfər müalicə olunaraq sağalıb, 10 222 nəfər vəfat edib, aktiv xəstə sayı 363 nəfərdir.
Ölkədə son sutka ərzində 319, hazırkı dövrədək isə 7 581 147 test aparılıb.