Logo

AzTU-nun məzunu, şəhid Rəşad Zeynallının doğum günüdür

21.04.2023 20:03 499 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Rəşad Zeynallının doğum günüdür.

Tehsil.biz xəbər verir ki, 1998-ci il aprelin 21-də Bakıda anadan olan Rəşad Zeynallı orta təhsilini 60 nömrəli tam orta məktəbdə alıb. O, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alıb. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, oktyabrın 8-də Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Rəşad Zeynallı II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Rəşad Zeynallı “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Xəbər lenti