Logo

AzTU basketbol komandası finala yüksəlib - VİDEO

21.04.2023 20:46 329 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb.

Tehsil.biz xəbər verir ki, yarımfinalda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin qarşılaşmasını “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz. 

Xəbər lenti