Logo

Venesuela Bolivar Respublikasının səfiri ADU-da olub

22.04.2023 11:24 358 baxış
IMG

Azərbaycan Dillər Universiteti İspan dili mərkəzinin təşkilatçılığı ilə Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  cənab Kristofer Martinez Berroteran “Səfir saatı” çərçivəsində Venesuelanın azadlığının dönüş  nöqtəsi olan 19 aprel 1810-cu il tarixini qeyd etmək məqsədi ilə Universitetin qonağı olub.

Tehsil.biz xəbər verir ki, görüşdə ADU-nun Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri iştirak edib. İlk öncə Venesuela Respublikası üçün çox mühüm sayılan bu tarix haqqında qısametrajlı film nümayiş olunmuş və daha sonra film haqqında müzakirələr aparılmışdır.

Sonda Venesuala Bolivar Respublikasının Azərbaycandakı  Səfirliyində istehsalat təcrübəsi keçən Tərcümə fakültəsinin 4cü kurs tələbələrinin  altyazısını tərcümə etdikləri Venesuela  haqqında qisa video proyeksiya təqdim edilib.

Xəbər lenti