Kulis.az süni intellektlə bağlı ən yaxşı 10 kitab siyahısını təqdim edir.
1. “Maşınlar hər şeyi edəndə, biz nə edəcəyik?”
Süni intellektə malik maşınlar və robotlar filmlərdən çıxmağa və real həyatda yer almağa başlayıb. İnsanlar artıq sürücüsüz avtomobillər, şəxsi köməkçilər, chatbotlar kimi vasitələrdən gündəlik həyatlarında fəal şəkildə istifadə edirlər. Yaxşı, bəs hər şeyin bu qədər asanlaşdığı maşınların işimizi görməyə başladığı bir vaxtda biz nə edəcəyik? Siyahımızda birinci olan “Maşınlar hər şeyi edəndə biz nə edəcəyik? Kitabı məhz bu problemə toxunur. Malcolm Frank, Paul Roehrig vǝ Ben Pring tərəfindən yazılmış kitabda süni intellekt dövründə maşınlardan geri qalmamaq üçün işinizdə tətbiq edə biləcəyiniz təkliflər yer alır. Kitabda süni intellektin gələcək illərdə nələr edə biləcəyi və bun görə hansı strategiyaların hazırlana biləcəyi izah edilir.
2. “Robotların yüksəlişi”
Martin Ford tərəfindən yazılan "Robotların yüksəlişi" kitabında süni intellektin bir çox işçiləri lazımsız etməsindən bəhs edir. “New York Times Bestseller” mükafatlı kitab bəzi məsələləri, məsələn, süni intellekt inkişaf etməyə davam edərsə, bir çox işçilərin işsiz qalacağını və dünyada bərabərsizliyin artacağını araşdırır. Texnologiya inkişaf etməyə davam etdikcə, təbii olaraq daha az insana ehtiyac olacaq. Bu halda gələcəyimiz firavan olacaqmı? Yoxsa iqtisadi vəziyyətimiz daha da pisləşəcək? Bəşəriyyət hansını seçəcək? Kitabda bütün bu bunlara cavab var.
3. “Süni intellekt əsri”
İnkişaf edən texnologiya bizi yeni bir dövrə gətirdi. Biz indi süni intellekt əsrindəyik. Texnologiya insan olmağın nə demək olduğunu yenidən müəyyənləşdirməyə hazırlaşarkən biz tarixdə böyük bir dönüş nöqtəsinə yaxınlaşırıq. Bayron Riz bu kitabda insanların süni intellekt dövrünə qədər hansı yollardan keçdiyini, qarşılaşacağımız məsələlərlə bağlı nə etməli olduğumuzu əyləncəli bir dillə oxuculara təqdim edir. "Maşınlar öyrənə bilərmi?", "Kompüter hiss edə bilərmi?", "Biz robot-insan müharibəsinə sürüklənəcəyikmi?" kimi suallara toxunmadan keçmir. Süni intellekt haqqında oxuya biləcəyiniz ən yaxşı kitablar arasında yer alan “Süni intellekt əsri” mühəndislik, fəlsəfə və kino kimi sahələrin süni intellektlə necə əlaqələndirilə biləcəyini oxumaqdan və müzakirə etməkdən həzz ala biləcəyiniz bir kitabdır.
4. “Maşınların Ürəyi”
Təsəvvür edin ki, uşağın emosional vəziyyətini oxuyub ona uyğun reaksiya verə bilən robot heyvan və ya insanları üz ifadəsindən tanıyan və emosiyalar yarada bilən bir şirkət var. “Maşınların Ürəyi”, insanlar və texnologiya arasındakı münasibətdə növbəti nəhəng addımı: kompüterin duyğuları tanımaq və onlara cavab vermək qabiliyyətini araşdırır. Kitabın müəllifi, futurolog Ricard Yonk ünsiyyət üçün əvəzolunmaz olan duyğuların tezliklə kompüterlərdə yer alacağını düşünür. Maşınların hiss etməyə və nəzarətdən çıxmağa başlaya biləcəyi fikrini nəzərə alan müəllif, insanlar və maşınlar arasındakı əlaqənin Ölçülərini həyəcan verici bir şəkildə araşdırır.
5. “Gələcəyi görən maşınlar”
Süni intellekt biznesiniz üçün nə deməkdir? Bu sualın cavabını bilmək istəyirsinizsə, bu kitabı oxumağınızı tövsiyə edirik. Kitab Ajay Agrawal, Joshua Gans və Avi Goldfarb tərəfindən yazılıb. Əsər iqtisadiyyat və texnologiya üzərindən süni intellekt mövzusundan bəhs edir. Xüsusilə gələcəyə dair proqnozlar vermək üçün böyük əhəmiyyət kəsb edir. Kitab süni intellektin və böyük verilənlərin biznes ideyalarınıza gələcəyi proqnozlaşdırmağa necə kömək edə biləcəyini izah edir. Bu kitab sizə qiymətləndirmə xərclərini azaltmaq, qərar qəbul etməkdə müvəffəqiyyətli olmaq və eyni zamanda məhsuldarlığı artırmaqda kömək edəcək.
6. “İşdə böyük məlumat”
Microsoft, Facebook, Netflix, Walmart kimi şirkətlərin böyük məlumat macəraları ilə maraqlanırsınız? Onlar hansı sahələrdə böyük datadan istifadə ediblər və hansı üstünlükləri əldə ediblər? Belə suallara cavab tapmaq istəyirsinizsə, bu kitab sizin üçündür! Bernard Marr "Bia Data at Work" kitabında 45 böyük şirkətin böyük verilənlərdən necə istifadə etdiyini təsvir edir. Artıq şirkətlər böyük verilənlərin əhəmiyyətini bilirlər. Lakin çoxları ondan səmərəli istifadə etmək üçün lazımi addımları atmır. Bu kitab böyük şirkətlərin böyük verilənlərdən necə istifadə etdiyini göstərməklə bu sahədəki bilik boşluğunu doldurmaq məqsədi daşıyır. Kitabı oxuyarkən böyük verilənlərin həyatın demək olar ki, hər bir sahəsində istifadə olunan bir texnologiya olduğunu və yeni iş modelləri inkişaf etdirdiyini öyrənəcəksiniz.
Siz həmçinin öz böyük məlumat strategiyanızı inkişaf etdirə biləcəksiniz! 45 böyük şirkətin böyük verilənlərdən necə istifadə etdiyini təsvir edir. Artıq şirkətlər böyük verilənlərin əhəmiyyətini bilirlər. Lakin çoxları ondan səmərəli istifadə etmək üçün lazımi addımları atmır. Bu kitab böyük şirkətlərin böyük verilənlərdən necə istifadə etdiyini göstərməklə bu sahədəki bilik boşluğunu doldurmaq məqsədi daşıyır. Kitabı oxuyarkən böyük verilənlərin həyatın demək olar ki, hər bir sahəsində istifadə olunan bir texnologiya olduğunu və yeni iş modelləri inkişaf etdirdiyini öyrənəcəksiniz.
7. “Süni intellekt”
Bu kompüterlərə həmişə etibar etməməyiniz lazım olduğunu göstərən bir kitabdır. Kompüter proqramçısı və jurnalist Meredith Broussard kitabla texnologiyanın daxili işini və xarici sərhədlərini anlamaq üçün bizə bələdçi təqdim edir, texnologiya ilə edə biləcəyimiz şeylərin məhdud olduğunu xatırladır. Müəllif öz əsərində texnologiyanın həmişə həll yolu olduğu inamına qarşı çıxır. Bununla belə, texnologiyanın sosial problemlərə qarşı istifadə edilə bilən bir vasitə kimi əhəmiyyətini vurğulayır. Süni intellektlə bağlı oxumaq üçün ən yaxşı kitablar siyahısında olan bu kitab bizi sərhədləri anlamağa və dünyanı daha yaxşı bir yerə çevirmək üçün daha sağlam seçimlər etməyə təşviq edir.
8. “Super insan”
jurnalist Meredith Broussard kitabla texnologiyanın daxili işini və xarici sərhədlərini anlamaq üçün bizə bələdçi təqdim edir, texnologiya ilə edə biləcəyimiz şeylərin məhdud olduğunu xatırladır. Müəllif öz əsərində texnologiyanın həmişə həll yolu olduğu inamına qarşı çıxır. Bununla belə, texnologiyanın sosial problemlərə qarşı istifadə edilə bilən bir vasitə kimi əhəmiyyətini vurğulayır. Süni intellektlə bağlı oxumaq üçün ən yaxşı kitablar siyahısında olan bu kitab bizi sərhədləri anlamağa və dünyanı daha yaxşı bir yerə çevirmək üçün daha sağlam seçimlər etməyə təşviq edir.
8. “Super insan”
Uzunömürlülük, genetik xəstəliklərdən sağalmaq və ya beynimizi internetə bağlamaq artıq mümkün deyil. Bununla belə, körpənizin görünüşünü və qabiliyyətlərini müəyyən etmək sizin əlinizdədir! Özümüzü "hacking" etmək olduqca qəribə səslənir. “Super insan” bunun necə mümkün olduğunu göstərir. Andy Walker, Kay Walker vǝ Sean Carruthers tərəfindən yazılmış kitab insan biologiyasının sərhədlərini genişləndirir. Bu, həm də daha güclü və daha yaxşı həyata qapılar açır. Nanotexnologiya, nevrologiya, süni intellekt və genetika üzərində dayanan əsər sizə yeni bir perspektiv verəcək.
9. “Ağıllı maşınlar”
Robot texnikası və süni intellekt sahəsində tədqiqatların hazırkı vəziyyəti necədir? Süni intellekt həyatımızı necə dəyişəcək? Bəs maşınlar zəka baxımından bizlə bərabərləşsə, necə olacaq? Elmi jurnalist Ulrix Eberl “Ağıllı maşınlar” kitabında bu suallara cavab verir. O, aparıcı alim və texniki işçilərlə danışır. Sübut edir ki, insanda süni şəkildə bərpa olunmayan heç bir xüsusiyyət və qabiliyyət yoxdur. Eyni zamanda müəllif Almaniya və Yaponiya kimi ölkələrin robototexnika sahəsində necə inkişaf etməsindən danışır. Eberl səhiyyə sahəsində özünü idarə edən avtomobillər, çatdırılma dronları, baxım və xidmət robotları kimi bir çox texnoloji inkişafı ətraflı şəkildə araşdırır. Hər kəsin anlaya biləcəyi dildə yazılmış "Ağıllı maşınlar" kitabı süni intellektin keçmişini və gələcəyini anlamaq üçün mütləq oxunmalıdır.
10. “Süni intellekt yerimizi tutacaqmı?”
Shelly Fan bu kitabda son altmış il ərzində süni intellektin təkamülünü və onun cəmiyyəti necə dəyişdirdiyini araşdırır. Bir vaxtlar yuxu kimi görünən süni intellekt artıq gündəlik həyatımızı dəyişməyə başlayıb. Son altmış il maşınlara qavramağa, öyrənməyə və düşünməyə imkan verən texnologiyaların inkişaf dövrü olub. Bu dövr hələ də davam edir. Neyroloq Shelly Fan kitabda süni intellektin keçmişini, bu gününü və gələcəyini bölmələrə ayıraraq araşdırıb. Bu illüstrasiyalı kitabda müəllif texnologiyalarda baş verən inqilabi inkişaflar haqqında oxucuya məlumat verib.